Yaponiyada rekord istilər qeydə alındı

 11:51 30.07.2025     80

Yaponiyada temperatur rekord həddə çatıb.

Redaktor.az xəbər verir ki, Yaponiya mətbuatının məlumatına görə, ölkədə meteoroloji müşahidələrin aparılmağa başlandığı vaxtdan bəri ilk dəfə olaraq havanın temperaturu 41,2 dərəcəyə yüksəlib.

Rekord göstərici Yaponiyanın qərbində yerləşən Hyoqo prefekturasında qeydə alınıb.

Yaponiyanın hökumət orqanları günvurma hallarının artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Digər tərəfdən, Rusiyanın şərqində baş vermiş 8,8 bal gücündə zəlzələ Yaponiyada güclü sunami ehtimalını gündəmə gətirib və bu, ciddi narahatlıq doğurub.

Yaponiya hökuməti təhlükəsizlik tədbirləri çərçivəsində 1,9 milyon insanın təxliyəsi barədə göstəriş verib.

Vumart və Güvən reklamı Vumart Güvən