Pezeşkian Pakistana səfər edəcək

İran prezidenti gələn həftə Pakistana səfər edəcək.
Redaktor.az xəbər verir ki, prezidentin siyasi müşaviri Mehdi Sanaei bildirib ki, Pezeşkian Pakistan Baş naziri Şahbaz Şərifin dəvəti ilə şənbə günü Pakistana səfər edəcək.
İran prezidenti Pakistanda mədəniyyət və işgüzar elitanın nümayəndələri ilə rəsmi görüşlər keçirəcək.
Sanaei qeyd edib ki, İran və Pakistan arasında dərin siyasi, iqtisadi, dini və mədəni əlaqələr mövcuddur. Səfərin əsas məqsədlərindən biri əyalətlər və sərhəd əməkdaşlığını gücləndirmək və ticarət dövriyyəsini indiki 3 milyard dollardan daha yüksək səviyyəyə çatdırmaqdır.