Suriyanın XİN başçısı Rusiyaya səfər edəcək

Suriya xarici işlər naziri Əsəd əş-Şibani Rusiyaya səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
"Suriya xarici işlər naziri Əsəd əş-Şibani iyulun 31-də Rusiyaya gedəcək", - məlumatda deyilir.
Dqaha əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyada vəziyyətin dialoq yolu ilə tezliklə sabitləşməsinin vacibliyini qeyd ediblər.