"Tramp suverenliyimizi heçə sayır" - Braziliya prezidenti

 18:32 30.07.2025     100

“Donald Tramp suverenliyimizi heçə sayır və ölkəmizə təzyiq göstərməyə çalışır”.

Redaktor.az xəbər verir ki, bunu Braziliya prezidenti Lula da Silva ''The New York Times" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Braziliya tarif məsələsinə ciddi yanaşsa da bu, heç vaxt ölkəsinin hətta ABŞ kimi böyük bir dövlətə belə tabe olacağı anlamına gəlmir:

“Biz ABŞ-ın iqtisadi gücünü və texnoloji potensialını qəbul edirik, lakin bütün bunlar bizi qorxutmur”.

Vumart və Güvən reklamı Vumart Güvən