“Allaha şükürlər olsun ki, ölən yoxdur” - Peskov

“Kamçatkada baş verən zəlzələ bölgənin təbii fəlakətlərə qarşı yüksək hazırlıqlı səviyyəsini göstərdi”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, regionun təbii fəlakətlərə qarşı əvvəlcədən gördüyü tədbirlər özünü doğruldub: “Bütün xəbərdarlıq sistemləri vaxtında işə düşdü. Sunami ilə əlaqədar insanların təxliyəsi təşkil olundu. Ümumilikdə binaların seysmik dayanıqlılığı da özünü doğrultdu. Allaha şükürlər olsun ki, ölən yoxdur. Texnoloji hazırlıq səviyyəsi yüksək idi və bunu praktika da sübut etdi”.
Xatırladaq ki, bu gün gecə saatlarında Rusiyanın Severo-Kurilsk şəhərində 7,9, Kamçatkada isə 8,7 bal gücündə zəlzələ olub. Bu,1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.