Pezeşkian Zəngəzur dəhlizindən DANIŞDI

İran Prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi görüşdə Zəngəzur dəhlizi barədə danışıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
“Qonşularımıza, region ölkələri ilə münasibətlərimizə və əməkdaşlığa geniş perspektivdən yanaşdığımız zaman ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi detallı mövzular barədə narahat olmağa ehtiyac yoxdur. Qonşularımızla münasibətlərimizi sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatımızın hərtərəfli şəkildə bir-birinə bağlanması kontekstində dəyərləndirməliyik. Həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələri genişləndirməyə çalışmalıyıq”, - deyə Pezeşkian bildirib.