Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı daha da ARTDI

 09:27 01.08.2025     84

İyulun 31-nə keçən gecə Rusiya aviasiyasının Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 26 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

"Xilasedicilər gecə və səhər saatlarında Svyatoşinsk rayonunda yaşayış binasının dağıntıları altından daha 10 nəfərin, o cümlədən 2 yaşlı körpənin meyitini çıxarıblar", - qurumdan bildirilib.

Həmçinin avqustun 1-i səhər saatlarına olan məlumata görə, atəş nəticəsində 16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib.

"Ərazidən 2 min tondan çox dağıntı çıxarılıb. Fəsadların aradan qaldırılmasına 180 xilasedici və 60 texnika cəlb olunub. İşlər davam edir", - xilasedicilər bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən