Amerikalı senator İlham Əliyevlə görüşündən yazdı

Respublikaçı senator (Montana) Stiv Dainesin “The Wall Street Journal”da “Ermənistan və Azərbaycan üçün sülh sazişi” adlı məqaləsi dərc olunub.
Redaktor.az nəşrə istinadən məlumat verir ki, amerikalı siyasətçi məqaləsində Cənubi Qafqazda sülhün gedişatını dəyərləndirib.
"Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişi ərəfəsindədir. Bu, əlamətdar nailiyyətdir - sabitliyə, həm regional, həm də beynəlxalq sülhə kömək edən və cəlb olunmuş ölkələrin əhatəsindən xeyli kənara çıxan iqtisadi faydalara doğru daha bir addım olar.
Bu il mən Trampın komandasının üzvləri ilə hər iki ölkəyə səfər etdim. Biz regionun iqtisadi potensialını araşdırdıq və sülh danışıqlarında bəzi ən çətin məsələlərin müzakirəsinə şərait yaratdıq.
Mən həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm və praktiki həll yollarını müzakirə etdik. Hər iki lider hazırkı anın nə qədər vacib olduğunu və qarşıda duran ciddi imkanları anlayır.
Region təkcə Cənubi Qafqazda deyil, həm də onun hüdudlarından çox-çox kənarda rifahın əsasını qoya bilən ABŞ-la tərəfdaşlığa əsaslanaraq öz gələcəyini müəyyən edəcək".