Türkiyədə mədən çökdü - YENİLƏNİB

 15:45 01.08.2025     117

Türkiyənin Elazığ əyalətinin Palu rayonunda xrom mədənində uçqun altında qalan fəhlənin xilas olması istiqamətində işlər davam edir.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, dağıntı altından üç fəhlə öz imkanları ilə xilas olub.

Vali hadisə ilə bağlı araşdırma başlandığını da söyləyib.

***

Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib.

Redaktor.az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır.

Məlumata görə, Elazığın Alacakaya rayonunda baş verən olay yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən