İsrail diplomatlarını BƏƏ-dən təxliyə edir

 11:55 01.08.2025     87

İsrail hökuməti Birləşmiş Ərəb Əmirliklərindəki diplomatlarının əksəriyyətini təhlükəsizlik səbəbilə təxliyə edib.

 Redaktor.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Baş nazir Benyamin Netanyahunun ofisi İsrail vətəndaşları üçün səyahət xəbərdarlığının səviyyəsinin artırıldığını açıqlayıb.

Qeyd edək ki, bu qərar İsrailin Milli Təhlükəsizlik Şurasının iyulun 31-də BƏƏ-də yəhudilərə qarşı terror hücumlarının mümkünlüyü barədə xəbərdarlığından sonra verilib. Tədbir həm İsrailin Əbu-Dabidəki səfirliyinə, həm də ölkənin Dubaydakı baş konsulluğuna aiddir.

Vumart və Güvən reklamı Vumart Güvən