Zelenski ilə Starmer Rusiyaya qarşı sanksiyaları müzakirə etdilər

 18:29 01.08.2025     149

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə "Teleqram" hesabında paylaşım edib.

Bildirilib ki, onlar Ukraynanın müdafiəsinin gücləndirilməsini və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

Tərəflər Ukraynanın hava müdafiə imkanlarının gücləndirilməsi, xüsusilə dron-interseptorların istehsalının genişləndirilməsi və bu proqramların maliyyələşdirilməsi yollarını müzakirə ediblər.

Zelenski Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyini vurğulayıb və bu təzyiqin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

Tərəflər həmçinin ABŞ ilə koordinasiya, o cümlədən Prezident Donald Trampla mümkün təmaslar və gələcək sülh danışıqlarının formatları barədə fikir mübadiləsi aparıblar.

Zelenski qeyd edib ki, Ukrayna beynəlxalq arenada fəal diplomatik kampaniyaya hazırlaşır.

Vumart və Güvən reklamı Vumart Güvən