Yaxın Şərqdə müstəqil dövlətin yaradılması səylərini dəstəkləyirik - İordaniya XİN

“Tərəfdaşlarımızla birlikdə Fələstin xaqlının azadlığı və Yaxın Şərqdə müstəqil dövlətin yaradılması istiqamətindəki səyləri dəstəkləyirik”.
Redaktor.az xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sufyan Qudah deyib.
O həm də bir sıra dövlətlərin bununla bağlı qərarını şərh edib: “Avstriya, Finlandiya, İslandiya, İrlandiya, Norveç, İspaniya, Portuqaliya, Fransa, Kanada, Lüksemburq, Sloveniya Malta, Yeni Zelandiya, San-Marino, Andorranın Fələstini müstəqil dövlət kimi tanıması Yaxın Şərq probleminin 4 iyun 1967-ci il sərhədləri daxilində, “iki dövlət” prinsipi əsasında həllinə beynəlxalq dəstəyin təzahürüdür”.