Sevgilisini vuran olimpiya çempionu SAXLANILDI

Olimpiya və ikiqat dünya çempionu Şa Karri Riçardson məişət zorakılığı ittihamı ilə saxlanılıb.
Redaktor.az "People" nəşrinə istinadən xəbər verir ki, hadisə ABŞ-nin Sietl-Takoma hava limanında baş verib.
Riçardsonla sevgilisi - amerikalı sprinter, üçqat dünya çempionu Kristian Koulman arasında mübahisə yaranıb. 25 yaşlı idmançı 29 yaşlı sevgilisini bir neçə dəfə itələyib. Nəticədə, Koulman yaxınlıqdakı sütuna çırpılıb. İdmançı həmçinin qulaqlığını da Koulmana atıb.
Qadın idmançı dərhal saxlanılaraq De-Moyn şəhərindəki islah müəssisəsinə aparılıb. Koulman ona qarşı rəsmi ittiham irəli sürməkdən imtina etdiyi üçün Riçardson növbəti gün azadlığa buraxılıb.
Qeyd edək ki, Şa Karri Riçardson Paris 2024 Yay Olimpiya Oyunlarında 4X100 metr estafet qaçışında qızıl, 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.