Bolqarlar Vahid Ələkbərovu da hədəfə aldılar

Rusiyanın “Lukoyl” şirkətinin Bolqarıstandakı törəmə şirkətləri dövlət orqanları tərəfindən görünməmiş təzyiqlərlə üzləşib.
Redaktor.az Bakupost.az-a istinadən xəbər verir ki, şirkət yerli aktivlərini satmağı düşünür.
"Lukoyl" antirusiya sanksiyalarına məruz qalmasa da, onun törəmə şirkətləri tez-tez dövlət orqanları tərəfindən görünməmiş təzyiqlərə məruz qalır", - Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova bildirib.
Eyni zamanda o, yekun qərarın hələ verilmədiyini də deyib.