Zelenski 100 illik müqaviləni Radaya təqdim etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında 100 illik tərəfdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat yerləşdirilib.
Qeyd olunur ki, Zelenskinin özü bu qanun layihəsinin təşəbbüskarı olub.