Rusiyanın bu yaşayış məntəqələri su altında qaldı

"Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda bələdiyyə xarakterli fövqəladə vəziyyət elan edilib".
Redaktor.az-ın xəbərinə görə, bunu diyarın qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında bildirib.
Bildirilir ki, bələdiyyə ərazisində yağan güclü yağış nəticəsində Novomixaylovsk qəsəbəsini, Moldavanovka və Defanovka kəndlərini su basıb.
Lermontovo kəndində əlverişsiz hava şəraiti səbəbindən körpü uçub. Defanovka kəndi ərazisində içərisində 25 nəfərin olduğu avtobus çaya düşüb, hamı xilas edilib. Sinoptiklərin məlumatına görə, avqustun 4-də leysan, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi gözlənilir.
Qasırğa avqustun 3-də Krasnodar diyarını əhatə edib, bölgədə fırtına xəbərdarlığı elan edilib.