Türkiyədə qaz istehsalı müəssisəsində partlayış: Ölənlər var

 19:15 03.08.2025     53

Türkiyənin Tekirdağ vilayətinin Ergene rayonunda anestetik qaz istehsalı müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Redaktor.az bu barədə DHA agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, partlayış müəssisənin istehsal çənində qeydə alınıb. Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Vumart və Güvən reklamı Vumart Güvən