Minlərlə qaqauz həbsdəki Qutsulun müdafiəsinə qalxdı

Minlərlə qaqauz Komratda Kişinyovda həbs edilmiş və ev dustaqlığında olan muxtariyyət rəhbəri Yevgeniya Qutsulu müdafiə etmək üçün toplaşıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a aksiyanın təşkilatçılarından biri, muxtariyyət rəhbərinin müşaviri Mixail Vlah məlumat verib.
“Polisin maneələrinə baxmayaraq, görüşə 5 minə yaxın vətəndaş toplaşıb. Biz buraya Kişinyov hakimiyyətinin Qaqauziyaya qarşı qanunsuzluğuna və özbaşınalığına "yox" demək üçün toplaşmışıq”, - o qeyd edib.
Aksiya Moldovanın, eləcə də muxtariyyətin himnlərinin səsləndirilməsi ilə başlayıb.