Putin bu şərtlə Zelenski ilə görüşə bilər

 13:43 04.08.2025     55

Rusiya ilə Ukrayna arasında prezidentlər səviyyəsində danışıqlar uzun hazırlıq və ekspertlər səviyyəsində dialoqdan sonra mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. 

"Belə görüş üçün bütün hazırlıq işləri görülməyib. Prezident Vladimir Putin ekspertlər səviyyəsində işin zəruri hissəsi görüləndən və lazımi məsafə qət edildikdən sonra belə bir görüşün keçiriləcəyini istisna etmir", - Kreml sözçüsü bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən