İsrail BMT TŞ-nin girovlarla bağlı xüsusi sessiyasında iştirak edəcək

 13:47 04.08.2025     50

İsrailin xarici işlər naziri Gideon Saar avqustun 5-də BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı xüsusi sessiyasında iştirak edəcək.

Redaktor.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə nazir Qüdsdə keçirilən mətbuat konfransında bildirib.

"Son günlərdə HƏMAS və "İslami cihad"ın girovlar Evyatar David və Rom Braslavskinin ürəkparçalayan videolarını yayımlamasından sonra BMT Təhlükəsizlik Şurasında təcili müzakirənin təşkil olunmasını xahiş etdim", - Saar bildirib.

Xatırladaq ki, avqustun 1-də "İslami cihad" qruplaşması 21 yaşlı girov Rom Braslavski ilə bağlı video yayımlayıb. Kadrlarda o, son dərəcə arıq görünür və yerdə uzanıb ağlayır.

Növbəti gün HƏMAS Qəzza zolağındakı tuneldə olan Evyatar Davidin (24 yaş) videosunu təqdim edib.

Vumart və Güvən reklamı Vumart Güvən