25 kilodan 10 kiloya düşdü: Qəzza günü gündən pisləşir

 16:58 04.08.2025     84

İsrailin Qəzza zolağında tətbiq etdiyi mühasirə və sərhəd qapılarının bağlanması nəticəsində yaranan aclıq böhranı hər gün daha faciəvi şəkil alır.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Bu vəziyyətdən ən çox zərər çəkənlər isə uşaqlardır. Aclığın rəsmi olaraq 180 nəfərin, onlardan 93-ü uşağın həyatına son qoyduğu Qəzzada, 9 yaşlı Məryəm Devvasın taleyi dünya ictimaiyyətində dərin narahatlıq doğurur.

Qəzzanın şimalındakı Beyt Lahiyadan köçkün düşərək Cevazat bölgəsində bir evə sığınan Devvas ailəsinin 6 uşağından biri olan Məryəm, aclığın ən ağır qurbanlarından biridir. Ailə bildirir ki, Məryəm müharibədən əvvəl 25 kiloqram çəkiyə malik olsa da, bu gün onun çəkisi cəmi 10 kiloqramdır.

“Yavaş-yavaş əlimizin altından gedir”.

Məryəmin anası, 33 yaşlı Müdəllələ Devvas, qızının müharibə başladığı gündən bəri qidalanma problemi yaşadığını deyir. Lakin sərhəd qapılarının tam bağlanması ilə bu problem artıq həyati təhlükə səviyyəsinə çatıb:

"Qızım davamlı olaraq arıqlayır. Çox sayda xəstəxanaya apardıq. Hətta 1 ay “Xəstə Dostları” xəstəxanasında qaldıq. Amma nəticə olmadı. Orada da çəki ala bilmədi. Ona lazım olan tək şey yeməkdir".

Qəzzadakı humanitar fəlakət gündən-günə dərinləşir və beynəlxalq ictimaiyyətdən təcili, real və davamlı humanitar yardım gözlənilir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən