İran ədliyyəsindəki korrupsiya şəbəkəsi ifşa olundu

 19:45 04.08.2025     85

Tehranda yerli məhkəmələrdən birində rüşvətxorluq və səlahiyyətlərdən sui-istifadə halları ilə bağlı mütəşəkkil korrupsiya şəbəkəsi ifşa edilib.

Redaktor.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, Məhkəmə-Ədliyyə Sisteminin işçilərinin əli olduğu bu qalmaqalla bağlı ümumilikdə 20 nəfər saxlanılıb.

Məlumata görə, tutulanlar arasında Ədliyyə Nazirliyinin altı əməkdaşı, beş hüquqşünas, dörd notarius işçisi, beş ekspert və hüquqi müşavir yer alır.

Qeyd edilib ki, onlardan çox sayda "Bahar-e Azadi" qızıl sikkələri və külli miqdarda pul müsadirə olunub.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən