Bu ölkə Ukraynaya yarım milyard avroluq silah yardımı ayıracaq

 22:50 04.08.2025     52

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün komponentlər və raketlər daxil olmaqla yeni hərbi yardımın ayrıldığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında məlumat verib.

"Niderland 500 milyon avro dəyərində Amerika silahları paketi verəcək. Bu, Ukraynaya özünü və Avropanın qalan hissəsini Rusiyanın təcavüzündən qorumağa kömək edəcək", - deyə Brekelmans vurğulayıb.

Nazir hərbi yardımın çatdırılmasının təfərrüatı və vaxtı barədə məlumat verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən