Almaniya Polşa ərazisinə "Eurofighter" döyüş təyyarələrini göndərdi

 09:05 05.08.2025     59

Rusiya və Belarusun "Qərb-2025" adlı birgə hərbi təlimlərinə dörd həftə qalmış Almaniya Polşaya beş ədəd "Eurofighter" tipli döyüş təyyarə yerləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə "t-online" portalı məlumat yayıb.

Məlumata görə, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Polşanın Minsk-Mazovetski hərbi hava bazasında yerləşdirilib.

Döyüş təyyarələri çərşənbə axşamından etibarən uçuşlara başlayacaq və onların Polşada bir neçə həftə qalması planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən