Türkiyədə mikroavtobus uçuruma aşdı

 10:23 05.08.2025     52

Türkiyənin Sivas vilayətinin Seşehri məntəqəsində fındıq yığmağa gedən fəhlələrdən ibarət mikroavtobus qəza törədib.

Redaktor.az TRT “Haber”ə istinadən xəbər verir ki, mikroavtobus uçuruma yuvarlanıb.

Nəticədə 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.

Vumart və Güvən reklamı Vumart Güvən