Kreml Qutsulun həbsinə münasibət bildirdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovada Qaqauziya rəhbəri Yevgeniya Qutsulun 7 il həbs cəzasını siyasi motivli qərar adlandırıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Siyasi motivli qərar. Bu, seçki kampaniyası zamanı siyasi opponentlərə açıq və faktiki olaraq qeyri-qanuni təzyiq göstərmək cəhdlərinin nümunəsidir. Biz Moldovada müxalifətin necə sıxışdırıldığını görürük. İnsanlar öz istədiklərinə səs vermək imkanından məhrum edilirlər. Moldovada demokratiya normaları tapdalanır", - Kreml sözçüsü bildirib
Xatırladaq ki, Kişinyov məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntusu ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib .