Yaponiyada rekord isti qeydə alındı

Yaponiya sinoptikləri ölkədə yeni temperatur rekordu qeydə alıblar – termometr göstəriciləri +41,8°C-ə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsinin saytında məlumat verilib.
Qeyd edilir ki, rekord göstərici Qunma prefekturasının İsaki şəhərində qeydə alınıb. Bu, 19-cu əsrin sonundan bəri maksimumdur. Eyni zamanda, əvvəlki rekord cəmi bir həftə əvvəl qeydə alınıb: iyulun 30-da Tamba şəhərində hava +41,2°C-ə qədər qızıb.