ABŞ ilə yaxın günlərdə birbaşa olmayan danışıqlar başlayacaq - İran KİV

 16:12 05.08.2025     52

İranla ABŞ arasında yaxın günlərdə birbaşa olmayan danışıqlar başlayacaq.

Redaktor.az “fararu.com”a istinadən xəbər verir ki, bu barədə ölkənin mühafizəkarlara aid KİV-ləri məlumat yayıb.

Bildirilib ki, iddiaya əsasən İran və ABŞ arasında birbaşa olmayan danışıqlar yaxın günlərdə başlayacaq.

Məlumata görə, vasitəçi ölkə çox güman Oman olmayacaq.

Mövcud məlumatlara əsasən, danışıqların gələn həftə başlaması ehtimal olunur.

Vumart və Güvən reklamı Vumart Güvən