Tailand Kamboca liderlərinə qarşı sui-qəsd cəhdində ittiham edildi

Kamboca kəşfiyyatı hesab edir ki, Tailand Kambocanın Baş naziri Hun Manet və Asiya ölkəsinin Senatının (parlamentin yuxarı palatasının) sədri Hun Senə qarşı sui-qəsd planlaşdıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Banqkok hər iki Kamboca liderinə dəqiq zərbələr endirmək üçün AT-6TH yüngül hücum təyyarələrindən istifadə etməyi planlaşdırır.
Öz növbəsində, Tailand Xarici İşlər Nazirliyi (XİN) Banqkokun Kamboca liderlərinə qarşı sui-qəsd planlaşdırdığı iddialarını təkzib edib.
"Xarici İşlər Nazirliyi bu əsassız iddiaları qəti şəkildə rədd edir", - nazirliyin bəyanatında deyilir.