Rumıniyanın keçmiş prezidenti vəfat etdi

Rumıniyanın keçmiş prezidenti İon İliyesku vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunub ki, o, 95 yaşında paytaxt Buxarestdə xəstəxanaların birində ölüb.
Xatırladaq ki, İliyesku 1989-cu ilin dekabrında Nikolae Çauşesku totalitar rejiminin süqutu nəticəsində Rumıniyada hakimiyyətə gəlib daha iki dəfə dövlət başçısı seçilib. O, 1990-96 və 2000-2004-cü illərdə Rumıniyaya rəhbərlik edib.