Tramp növbəti dəfə prezident olacaqmı? - Özü AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə prezidentliyə namizəd olmayacağını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, CNBC telekanalına müsahibəsində deyib.
ABŞ lideri müsahibə zamanı müvafiq sualı cavablandırarkən bu addımı ehtimal etmədiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl də Tramp oxşar açıqlama verib. Hələ mayın 4-də ABŞ prezidenti bildirmişdi ki, tərəfdarları onu davamlı olaraq gələcəkdə üçüncü müddətə namizədliyini irəli sürməyə inandırırlar, lakin o, bunu etmək niyyətində deyil.
Xatırladaq ki, ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs yalnız iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər.