Pezeşkian Xameneinin "sağ əli"nə yüksək vəzifə verdi

İran Prezidenti Məsud Pezeşkian Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.
Redaktor.az İRNA-ya istinadən xəbər verir ki, prezident bu barədə müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri vəzifəsini tutub.