Semeru vulkanında iki püskürmə qeydə alındı

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanında iki püskürmə qeydə alınıb.
Redaktor.az xəbər verir ki, Semeru Vulkan Müşahidə Bürosu birinci püskürmənin yerli vaxtla saat 05:24-də baş verdiyini bildirib.
Vulkanın püskürməsi nəticəsində yaranan kül buludu 600 metr yüksəklikdə şimal-şərq istiqamətində yayılıb.
Bildirilib ki, ikinci püskürmə isə saat 10:08-də baş verib və oxşar şəkildə 600 metr hündürlüyə kül qalxıb.
Qeyd edək ki, İndoneziya "Sakit okean od halqası" üzərində yerləşdiyi üçün burada 130-a yaxın aktiv vulkan mövcuddur.