Kremldə Putin və Uitkoffun görüşü başa çatdı - VİDEO (YENİLƏNİB-2)

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Ukraynada nizamlanma, həmçinin iki ölkə arasında strateji əməkdaşlığın mümkün inkişaf perspektivlərini müzakirə ediblər.
Redaktor.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Müzakirə olunan mövzulardan biri Ukrayna böhranıdır. İkinci isə ABŞ və Rusiya arasında strateji əməkdaşlığın mümkün inkişaf perspektivləridir", - o qeyd edib.
***
Kremldə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü başa çatıb.
Redaktor.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, onların görüşü təxminən üç saat davam edib.
***
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, görüş Kremldə keçirilir.
Xatırladaq ki, S.Uitkoff bu gün səhər saatlarında Moskvaya səfər edib.