BƏƏ Prezidenti Rusiyaya səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyan avqustun 7-də Rusiyaya rəsmi səfər edəcək.
Bu barədə Redaktor.az "WAM" dövlət informasiya agentliyinə istinadən məlumat verib.
"Səfər çərçivəsində BƏƏ Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. İki ölkə arasında çoxşaxəli əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq gündəmə dair aktual məsələlərin müzakirəsi planlaşdırılır", - məlumatda bildirilib.