Rusiyada miqrantlarla polis arasında qarşıdurma yaşandı

 15:33 06.08.2025     66

Perm şəhərində miqrantların iştirakı ilə iğtişaşlar baş verib və hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, iğtişaşlar Novıy Krım mikrorayonunda barıt zavodunun işçiləri arasında başlayıb. Etirazçılarla əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma yaşanıb. 

Xatırladaq ki, ötən gün təhlükəsizlik qüvvələrinin Moskvanın mərkəzindəki hoteldə 300-ə yaxın qanunsuz miqrantı saxlamışdı.

Vumart və Güvən reklamı Vumart Güvən