İraqın Türkiyəyə neft ixracı bərpa olunur

 17:26 06.08.2025     63

"İraqdan neftin boru kəməri ilə Türkiyənin Ceyhana ixracı avqustun 6-da və ya 7-də bərpa olunacaq".

Redaktor.az " İNA" agentliyinə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Hayyan Əbdül Qani deyib.

O, açıqlamasında "Biz bu gün və ya sabah Kürdüstanla razılaşmadan sonra Türkiyənin Ceyhan limanı vasitəsilə gündəlik ilkin 80 min barel neft ixracını bərpa edəcəyik" sözlərini söyləyib.

Xatırladaq ki, İraq və Türkiyəni birləşdirən Kərkük-Ceyhan neft kəməri 2023-cü ilin fevralında böyük zəlzələdən sonra fəaliyyətini dayandırıb. Parisdəki Beynəlxalq Arbitraj Məhkəməsinin (ICC) Bağdadın icazəsi olmadan Kürdüstan Regional Hökumətinə müstəqil boru kəməri tədarükünü asanlaşdırmaqla, ikitərəfli razılaşmanı pozduğuna dair qərarından sonra Ankara martın 25-də Şimali İraqdan neft ixracını dayandırb. İraq uzun müddətdir ki, ixracı bərpa etmək üçün Türkiyə ilə razılığa gələ bilmirdi.

Vumart və Güvən reklamı Vumart Güvən