Tramp Hindistanı əlavə 25 % rüsumla CƏZALANDIRDI

ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə rüsumların tətbiq edilməsi haqqında fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunub ki, Tramp Hindistanı Rusiya neftini idxal etməkdə günahlandıraraq bu ölkədən daxil olan mallara əlavə 25 faiz rüsum tətbiq etməyi əmr edib.
"Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edən Hindistandan idxal olunan mallara əlavə rüsumun tətbiq edilməsini zəruri və məqsədəuyğun hesab edirəm", - Ağ Evin saytında dərc edilmiş fərmanda deyilir.
21 gün sonra qüvvəyə minəcək yeni tariflər artıq göndərilmiş partiyalara şamil edilmir.