Bu ölkənin nazirləri helikopter qəzasında öldü - FOTO

Qananın müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Julius Debraya məlumat yayıb.
Ölkənin cənubunda Akrofuon şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. O, yerə düşəndən sonra alovlanıb. Baş Qərargah rəisi bildirib ki, iki nazir də daxil olmaqla 4 nəfər həlak olub.