"Ərdoğanın kitabını oxuyacağam" - Paşinyanın xanımı

 22:10 06.08.2025     84

Bu gün Çin Xalq Respublikasının sədri Si Szinpinin "Çinin idarəçiliyi" kitabını oxumağa başladım. Növbəti oxuyacağım kitab Rəcəb Tayyib Ərdoğanın "Daha ədalətli dünya mümkündür" kitabı olacaq.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan bildirib.

"Dostlarımızı, qonşularımızı daha yaxşı tanımaq, köhnə problemlərimizi uşaqların çiyninə atmamaq, düşüncəmizi yaxşıya doğru dəyişmək, həyat keyfiyyətini yüksəltmək, sağlam cəmiyyət formalaşdırmaq, güclü dövlətə sahib olmaq, özünə inam qazanmaq üçün savadlanmaq vacibdir”, - Akopyan qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən