ABŞ-də görünməmiş qalmaqal:  Obama həbs oluna bilər

 02:54 07.08.2025     106

ABŞ baş prokuroru Pamela Bondi 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın Rusiya ilə əlaqələrinin saxtalaşdırılması işi üzrə xüsusi istintaq qrupunun yaradılması barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, buna səbəb – ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın Ədliyyə Nazirliyinə təqdim etdiyi materiallardır.

Ekspertlərin fikrincə, bu istintaq Amerika tarixində ən dramatik hadisələrdən birinə çevrilə bilər və hətta məşhur “Uotergeyt” qalmaqalını da kölgədə qoya bilər.

Bu səbəbdən də artıq “Raşageyt” və ya “Obamageyt” ifadələri işlədilməyə başlanıb.

Xatırladaq ki, 2016-cı ildə ABŞ xüsusi xidmət orqanları Rusiyanı prezident seçkilərinə müdaxilədə ittiham ediblər.

İddialara görə, bu, Trampın Demokrat Partiyasının namizədi Hillari Klinton üzərində qələbə qazanmasına Rusiya kömək edib.

Təhlükəsizlik orqanları isə prezident Barak Obamanın göstərişi ilə saxta məlumatlar əsasında “Rusiya izi” barədə hesabat hazırlayıblar.

Məqsəd isə, Klintonun məğlubiyyətini bu cür izah etmək və Trampı hələ inauqurasiyadan əvvəl nüfuzdan salmaq olub.

Vumart və Güvən reklamı Vumart Güvən