Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak oldu

 09:18 07.08.2025     57

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunda turistlər üçün nəzərdə tutulan asma körpüdə baş verən qəza nəticəsində 5 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İli-Kazax Muxtar Dairəsinin Kommunist Partiyası Komitəsinin Təbliğat Şöbəsi yayıb.

"WeChat" sosial şəbəkəsində yayılan açıqlamaya əsasən, hadisə yerli vaxtla saat 18:18-də Çzaosu rayonunun Monqolkürə bölgəsində qeydə alınıb.

Qəzanın səbəbi asma körpünü saxlayan troslardan birinin qırılması olub. Nəticədə körpü əyilib və üzərində olan insanlar yerə düşüblər.

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb, onların həyatına təhlükə olmadığı bildirilir. Hadisənin baş verdiyi turizm zonasında fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən