ABŞ Finlandiyada hərbi mövcudluğunu artırır

 09:57 07.08.2025     50

ABŞ 2025-ci ilin sonuna qədər Finlandiyada hərbi iştirakını genişləndirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.

İyul ayının ortalarında ABŞ-ın dəniz piyada bölməsi Finlandiyaya gəlib. Hərbçilər Uusimaa briqadasında və Sahil Mühafizəsi briqadasında yerləşdirilib və təxminən bir ay ölkədə qalacaqlar.

Bundan əlavə, Kareliya briqadasına da amerikalı hərbçilər gəlib. Onların əsas vəzifəsi Finlandiya ordusuna ABŞ hərbi texnikasının istismarı və texniki qulluq qaydalarını öyrətməkdir.

Finlandiyanın müxtəlif bölgələrində il sonuna qədər bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Növbəti mərhələlər və təlimlərlə bağlı əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən