Kamboca və Tailand atəşkəs razılaşması İMZALADI

Tailand və Kambocadan olan hərbi nümayəndə heyətləri sərhəddəki gərginliyin aradan qaldırılması ilə bağlı razılığa gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə Tailand hökumətinin “X” hesabında məlumat verilib.
Bildirilib ki, tərəflər arasında 13 müddəadan ibarət atəşkəs razılaşması əldə olunub.
Razılaşmanın müddəaları açıqlanmayıb.
Xatırladaq ki, ötən ay Kamboca və Tailand arasında baş verən sərhəd toqquşmaları müvəqqəti atəşkəslə bitsə də, tərəflər gərginliyin aradan qaldırılması ilə əlaqədar hər hansı bir razılaşma əldə etməmişdilər.
Bu gün imzalanan sənəd isə daha ciddi və uzunmüddətli atəşkəsin bərqərar edilməsi üçün nəzərdə tutulub.