Trampla Putin gələn həftə görüşəcək - Razılıq ƏLDƏ EDİLDİ

 12:43 07.08.2025     68

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşünün yeri razılaşdırılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, görüş yerinin daha sonra açıqlanacağını bildirib.

Uşakov qeyd edib ki, tərəflər "yaxın günlərdə" iki prezident arasında görüş keçirmək barədə razılığa gəliblər.

Uşakovun sözlərinə görə, tərəflər Vladimir Putin və Donald Tramp arasında danışıqlar üçün növbəti həftə - avqustun 11-dən 17-nə qədər olan tarixi “etalon kimi” təyin ediblər. Hazırda görüşün təfərrüatları üzərində iş aparılır. O qeyd edib ki, görüşün hazırlığın neçə gün çəkəcəyini söyləmək çətindir.

Xatırladaq ki, avqustun 6-da Kremldə Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında danışıqlar aparılıb.

Rusiya mediası görüşün Dubay və ya Antalyada keçirilə biləcəyini qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən