Putindən Trampla görüşün yeri barədə - Açıqlama

 16:50 07.08.2025     59

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliyini (BƏƏ) ABŞ lideri Donald Trampla görüşü üçün uyğun məkanlardan biri adlandırıb.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, Putin bu barədə jurnalistlərə açıqlamasında deyib. 

“Bizim bu cür tədbirlərin təşkilinə yardım etməyə hazır çox dostumuz var. Bu dostlardan biri BƏƏ prezidentidir. Biz qərar verəcəyik, düşünürəm ki, BƏƏ kifayət qədər uyğun məkanlardan biri olardı”, - deyə Putin bildirib. 

Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Rusiya və ABŞ-nin iki ölkə prezidenti arasında yaxın günlərdə görüş keçirilməsi barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, liderlərin görüşünün keçiriləcəyi məkan da razılaşdırılıb, lakin bu barədə məlumat daha sonra veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən