Zelenskidən sülh açıqlaması

Rusiya və Ukrayna arasında müharibəni bitirməyin vaxtı çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşlə bağlı yayılan xəbərlərlə əlaqədar bəyan edib.
"Müharibəni bitirməyin vaxtı gəlib. Yardım edən hər kəsə təşəkkür edirəm!", - deyə Ukrayna lideri deyib.
Zelenskinin sözlərinə görə, hazırda sülhə nail olunması üçün müxtəlif görüş formatları müzakirə olunur. Onların arasında iki ikitərəfli və bir üçtərəfli görüş variantı var.
Xatırladaq ki, Rusiya liderinin köməkçisi Yuri Uşakov gələn həftənin Rusiya və ABŞ prezidentləri arasında görüş üçün oriyentir kimi təyin olunduğunu bəyan edib.