Erməni spiker kompensasiya tələb etdi

 17:32 07.08.2025     55

Ermənistan parlamentinin spikeri Alen Simonyan "İmnemnimi" podkastının həmmüəllifi Vazgen Saqatelyanı məhkəməyə verib.

Redaktor.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.

Spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə dəymiş ziyanın ödənilməsini tələb edir.

A.Simonyanın fraksiya üzrə həmkarı Arusyak Manavazyan da podkastın həmmüəllifini məhkəməyə verib. O, Saqatelyanın verdiyi bəyanatları təkzib etməsini və 1 milyon dram (təxminən 2,5 min dollar) təzminat ödəməsini tələb edir.

Vumart və Güvən reklamı Vumart Güvən