Paşinyanı üçtərəli görüşdə kim müşayiət edir? - FOTO

 23:03 07.08.2025     88

Ermənistan Baş naziri Nikol Paşinyanı Vaşinqton səfərində ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ətraf mühit və təbii sərvətlər naziri Mxitar Ayrapetyan müşayiət edib.

Redaktor.az xəbər verir ki, bu barədə news.am məlumat yayıb.

Məlumatda bildirilir ki, İncil Muzeyinə ziyarəti zamanı çəkilən fotoların dərcindən  Ararat Mirzoyan və xarici işlər nazirinin müavini Vahan Kostanyanın da Vaşinqtonda olduğu məlum olur.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən