Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır

 11:19 08.08.2025     61

Almaniya təhlükəsizlik sahəsində siyasətin daha səmərəli əlaqələndirilməsi üçün Milli Təhlükəsizlik Şurasının formalaşdırılması prosesində irəliləyir.

Redaktor.az xəbər verir ki, bu barədə “dpa” agentliyi hökumətdəki mənbələrə istinadən bildirib.

Şura ilə bağlı prosedur qaydalar Nazirlər Kabinetinin avqustun 27-də keçiriləcək iclasında təsdiqlənəcək.

Kanslerin rəhbərlik edəcəyi şuranın tərkibinə aparıcı nazirlər, həmçinin Almaniyanın federal torpaqlarının nümayəndələri, müttəfiq ölkələrin və təşkilatların (Avropa İttifaqı, NATO) rəsmi şəxsləri daxil olacaq.

Şura daxili, xarici, rəqəmsal və iqtisadi təhlükəsizlik də daxil olmaqla milli təhlükəsizliyin müxtəlif aspektləri ilə məşğul olacaq.

Milli Təhlükəsizlik Şurası böhran zamanı toplanacaq, eləcə də uzunmüddətli strategiyalar hazırlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən